25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronaviruslu ananın övladı ilə təsirli görüşü - VİDEO

18.02.2020

Çində koronavirusun tüğyan etdiyi bir dövrdə ən böyük yük tibb sahəsində işləyənlərin çiyninə düşüb. Onlar bu epidemiya ilə mübarizə aparmaq üçün aylarla evlərindən, ailələrindən uzaq düşmək məcburiyyətində qalırlar.
"Sinhua” agentliyi belə tibb bacılarından birinin övladı ilə uzaqdan görüşməsi barədə təsirli kadrlar paylaşıb.
Videodan görünür ki, üç yaşlı uşaq ağlaya-ağlaya uzaqdan pəncərədən ona baxan anasını çağırır. Ana da göz yaşlarını saxlaya bilmir.
Onların son bir ay ərzində ilk dəfə görüşdükləri bildirilir.
Kadrların Çinin şərqində Yançjou şəhərində qeydə alındığı vurğulanıb.