26 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sərkisyan geri dönür: İrəvan təşvişdə

29.01.2020

Avrasiya İttifaqı Komissiyasının sədri, Ermənistanın keçmiş baş naziri Tiqran Sərkisyan tezliklə Ermənistana geri qayıtmağa hazırlaşır.
Bu məlumatı "Past” qəzeti yayıb. Məlumata görə, o, geri döndükdən sonra siyasi proseslərdə aktiv iştirak edəcək:
"2020-ci ilin fevralında Sərkisyanın Avrasiya İttifaqına sədrliyi bitəcək və Avrasiya İttifaqında onun heç bir işi qalmayacaq. Sabiq baş nazir siyasətə yeni ilə qayıdacaq. Hakimiyyət belə proqnozlaşdırır ki, Ermənistana qayıdan Tiqran Sərkisyan aktiv şəkildə siyasi proseslərə cəlb olunacaq”, – deyə məqalədə bildirilib.
Bununla belə Sərkisyanın geri qayıtmasından sonra hakimiyyətin ona qarşı hücuma keçəcəyi, onun baş nazirliyi dönəmi ilə bağlı cinayət işinin açılmasının gündəmə gətiriləcəyi vurğulanıb.