26 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dəhşətli zəlzələdə binaların dağılma anı - VİDEO

29.01.2020

Türkiyənin Elazığ vilayətində 6,8 bal gücündə zəlzələdə 11 nəfərin həyatını itirdiyi binanın dağılması anbaan qeydə alınıb.
Kadrları həmin binaların arasında yerləşən ofisin müşahidə kamerası çəkib.
Videoda yeraltı təkanlardan sonra ofisi təlaşla tərk edən işçilər görünür. Bundan başqa, küçəyə girən avtomobil dağıntılar altında qalmaqdan son anda qurtulub.
Qeyd edək ki, dağıntılar altından 13 nəfər xilas edilmişdi.
Türkiyənin Elazığ və Malatya vilayətlərində 6,8 bal gücündə baş vermiş zəlzələdə ümumilikdə 40 nəfər ölüb, 1607 nəfər xəsarət alıb.