25 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Atatürkün nadir fotoları üzə çıxdı - FOTO

29.01.2020

Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün bu vaxta qədər heç yerdə yayımlanmayan fotoları üzə çıxıb.
Fotolar türkiyəli sabiq deputat Osman Şevki Bəyin ötən ilin noyabrında vəfat edən qızı Ela Uludağın arxivindən tapılıb.
Fotoları E.Uludağın nəvəsi İrəm Ela Yıldızeli paylaşıb. O, fotoları təsadüfən tapdığını və babası Osman Şevki Bəyin öz fotoaparatı ilə Atatürkün qatarla Ankaraya gəldiyi vaxt çəkdiyini bildirib.
Qeyd edək ki, 1889-cu ildə Bursada doğulan Osman Şevki Bəy xəttat, tibb tarixçisi, bəstəkar, yazıçı və millət vəkili olub. O, 1964-cü ildə İstanbulda vəfat edib. Turizm bölgəsi kimi məşhur olan Uludağın adını da Osman Şevki Bəy qoyub.