24 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

VİRUS: gərginlik sürətlə artır

24.01.2020

Çinin Vuhan şəhərində yerə yıxılan insanların foto və video görüntüləri izləyiciləri dəhşətə gətirib.
Yenicə meydana gələn və sürətlə dünyaya yayılmağa başlayan virus artıq 26 nəfərin ölümünə, 800 nəfərin yoluxmasına səbəb olub.
Virusun heyvan bazarından insanlara ötürüldüyü bildirilir. Həkimlər ümidsizcə xəstəliyin yayılmasını dayandırmağa çalışarkən, 11 milyon əhalisi olan Vuhan, Çinin digər iki şəhəri ilə birlikdə kilidləndi.
Yaranan görüntülərdə Vuhan şəhərinin küçələrinə yoluxmuş insanların qəflətən yerə yıxıldıqları göstərilir.
Vuhan və Çinin müxtəlif yerlərində Korona virusunun yayılması səbəbiylə insanların küçələrdə yerə yıxılma hallarına indi çox rast gəlinir.
Yüzlərlə yeni yayımlanan videoda kömək üçün qaçan və maskalı paramediklərin insanları yardımı göstərilir.
Videoların real olub-olmaması tam təsdiqlənməyib.
Virus halları yalnız Çinlə məhdudlaşmır və Vyetnam, Cənubi Koreya, Tayland, Tayvan, Sinqapur, Hong Kong və Yaponiyadan VİRUS xəbərləri gəlməyə davam edir.