26 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Liviyadakı uşaqların vəziyyətinə biganə qalınmamalıdır

24.01.2020

Beynəlxalq ictimaiyyət Liviyadakı uşaqların müharibə səbəbindən acınacaqlı vəziyyətə düşməsinə biganə qalmamalıdır. Məsum körpələr açılan atəşlərdən, partladılan bombalardan həyatlarını itirirlər. 
Onlar acınacaqlı vəziyyətdə, ayaqyalın, başıaçıq şəkildə qaçqın düşərgələrini gəzir, təhsil və müalicə ala bilmirlər.
 Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi saytı xəbər verir ki, bunu qurumun Uşaq Fondunun (UNICEF) icraçı direktoru Henrietta Fore deyib.
İcraçı direktor Liviyadakı qaçqın və miqrant uşaqların müharibənin yaratdığı xaos və şiddətdən əziyyət çəkdiklərini bildirib. Qeyd edib ki, UNICEF daim bu ölkədə uşaqların öldürülməsi, əlil olması və hərbi əməliyyatlara cəlb edilməsi barədə məlumatlar alır.
Qeyd edək ki, 2011-ci ildə Liviyada Qəddafi hakimiyyətinin devrilməsindən sonra ölkədə müharibə və çəkişmələr ara vermir.