23 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çindən gələnləri mütləq yoxlamaq lazımdır - Xəbərdarlıq

24.01.2020

"Çindən Azərbaycana gələnlər mütləq hava limanında koronavirusla bağlı yoxlamadan keçirilməlidirlər”.
"Dövran Media" xəbər verir ki, bunu "report”a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, Çinə gedən Azərbaycan vətəndaşları da ehtiyatlı olmalı, özlərini qorumalıdırlar:
"Azərbaycanda koronavirusa yoluxma riski var. Çünki Azərbaycanla Çin arasında sıx gediş-gəliş mövcuddur. Çindən ölkəmizə gələnləri mütləq yoxlamaq lazımdır”.
Qeyd edək ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.