23 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

SSRİ-nin bu məşhur aktyorları casus olublar

24.01.2020

SSRİ-nin məşhur aktyorları Georgi Jenov və Pyotr Velyaminov SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin məxfi casusları olublar.
Xəbər verildiyi kimi, bu barədə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş polkovnik-leytenantı Vladimir Popov "Zalımların sui-qəsdi” kitabında qeyd edib.
"Dövlət Təhlükəsizlik Komitəsinin casusları arasında uzunmüddətli əməkdaşlıq stajı olan böyük şəxslərin olması tam gözlənilməz idi. Onlar arasında xalqın sevdiyi Georgi Jjenov və Pyotr Velyaminov vardı. Onlar sovet həbs düşərgələrində qaldıqları müddətdə Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən casusluğa cəlb edilmişdilər”, – deyə Popov bildirib.
Qeyd edək ki, azərbaycanlılar Georgi Jjenovu "Avtomobildən özünü qoru”, "Rezidentin taleyi” Pyotr Velyaminovu isə "Yaroslav Mudrı”, "Kölgələr günorta yox olur” və s. filmlərdən yaxşı tanıyırlar.