19 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

"Banu" verilişinin aparıcısı Günel ailə qurub

23.01.2020

"Space” telekanalında "Banu” verilişinin aparıcısı Günel Həsənzadə subaylıqla vidalaşıb.
Xəbər verildiyi kimi, aparıcı türkiyəli iş adamı ilə ailə qurub. Günel bir müddət öncə gəlin köçsə də, evlənməsini mediadan gizlədib.
Qeyd edək ki, G.Həsənzadə bir müddət öncə şəxsi həyatından danışan zaman bu sözləri demişdi:
"Anamla birlikdə yaşayıram. Hərdən kimsə yığır qohumumsan. Uşaqlıqdan yanımda olmayanlar indi məni axtarır. Buna narahat olmuram, hər şey yaxşıdır. Ailə qurmamağımın səbəbi insanların xəyanətkar olmasıdır. Bəzən də işi buranlar olur. Ailə qursam, həyat yoldaşım istəsə, işi ataram. Qadının ən böyük karyerası ailəsidir. Hər zaman böyük ailənin arzusunda olmuşam".