26 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan daha bir olimpiadaya ev sahibliyi edəcək

21.01.2020

FİDE bu il 16 yaşadək şahmatçılar arasında keçiriləcək Dünya Şahmat Olimpiadasının keçiriləcəyi məkanı açıqlayıb.
Trend-in məlumatına görə, qurumun rəsmi saytında dərc edilən məlumatda deyilir ki, Olimpiada bu ilin oktyabrın 2-dən 12-dək Azərbaycanın Naxçıvan şəhərində keçiriləcək.
Xatırladaq ki, Azərbaycan yığması 2019-cu ildə Türkiyənin Çorum şəhərində keçirilən son Olimpiadanın qalibi.