19 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

“Qarabağ” ən yaxşı futbol klublarının siyahısında

21.01.2020

Dünyanın ən yaxşı futbol klublarının siyahısı açıqlanıb.
Xəbər verildiyi kimi, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən 400 komandanın siyahısını müəyyənləşdirib.
Cədvəldə Azərbaycanın ən yaxşı komandası "Qarabağ”dır. "Köhlən atlar” ötən illə müqayisədə, 57 pillə irəliləyərək, 144 xalla dünyanın 80-ci komandasıdır.
Siyahıda yer alan digər Azərbaycan klubu "Neftçi” 221-ci pillədə qərarlaşıb. Onun aktivində 90 xal var.
Siyahıda birinci yeri İngiltərənin "Liverpul”, ikinci yeri İspaniyanın "Barcelona”, üçüncü yeri İngiltərənin "Mançester Siti” klubu tutub.