23 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qrip olmamaq üçün bu meyvəni yeyin!

21.01.2020

Qış aylarının ən dadlı meyvələrindən biri də heyvadır.
Meyvəsində təbii turşu, A və C vitamini, pektin və tanen maddələri olan heyva bir çox xəstəliyin dərmanıdır. Həkimlər qışda qrip olmamaq üçün bol heyva suyu içməyi və meyvəsini yeməyi məsləhət görürlər.
Heyva qabığı və toxumu qaynadılıb içilərsə, sidikyolu iltihablarına faydalıdır. İştah açır, böyrək və sidik torbası iltihablarını aradan qaldırır. Heyva suyu bədəni tərlətmək üçün yaxşıdır. Göz qapaqları və kirpiklərin iltihablanması zamanı heyva suyu ilə gözlərin yuyulması faydalıdır. Həmçinin, boğaz ağrısı zamanı qurudulmuş heyvanı suda saxlayıb, həmin su ilə qarqara etmək problemin aradan qaldırılmasına müsbət təsir edə bilər.