19 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Məhkəmə qətnaməsinin icrası zamanı mütəxəssisin cəlb olunması mümkündürmü?

16.01.2018

Afiqə Həsənova

Quba şəhər sakini

İcra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsü ilə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis cəlb edə bilər. Zərurət yarandıqda bir neçə mütəxəssis də dəvət etmək mümkündür. Buna icra məmuru qərar verir. Mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər, izahatlar verməyə, zəruri hallarda icra məmuruna texniki kömək göstərməyə borcludur. Mütəxəssis icraat zamanı gördüyü iş üçün haqq almaq hüququna malikdir. Mütəxəssisə ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir. Bu "İcra haqqında” qanunun 40-cı maddəsində təsbit olunub.

Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi