18 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Azərbaycanlı jurnalist Türkiyədə VƏFAT ETDİ

19.01.2020

Azərbaycanlı jurnalist Aynur Mirhəsən (Təhməzova) 44 yaşında vəfat edib.
Report xəbər verir ki, o, Türkiyədə müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib.
Qeyd edək ki, Aynur Mirhəsən qan xərçəngi xəstəliyindən əziyyət çəkirdi. Son günlər isə səhhəti ağırlaşıb. Kimyaterapiyadan sonra ağciyərləri fəaliyyətini dayandırıb.
Mərhumun cənazəsi bu gecə Azərbaycana gətiriləcək və o, Bakıda dəfn olunacaq.
Qeyd edək ki, A.Mirhəsən 1976-cı ilin yanvarın 27-də Bakıda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Yeni Müsavat”, "Üç nöqtə”, "Həftə içi” qəzetlərində, "Medifaorum”, "Ann.az” saytlarında işləyib. "Mediaforum” saytında layihə rəhbəri olub. Son illərdə Türkiyədə yaşayırdı.
Allah rəhmət eləsin!