20 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Təhlükəsiz uçmaq üçün nə etməliyik?

18.01.2020

Məlum olduğu kimi, təyyarə ən müasir və təhlükəsiz nəqliyyat vasitələrindən biridir. Lakin bəzi məsləhətləri yerinə yetirməklə təyyarədə daha rahat və təhlükəsiz uçmaq mümkündür.
Son dövrlərdə baş verən təyyarə qəzalarını nəzərə alaraq Trend bir sıra tövsiyyələri təqdim edir.
Ekspertlər tövsiyə edirlər ki, əgər sizin uçuş vaxtını seçmək şansınız varsa, gündüz vaxtına təyin olunmuş uçuşa üstünlük verin. Çünki gündüz vaxtı həyata keçirilən uçuşlarda ləngimə ehtimalı çox azdır.
Qeyd edək ki, təyyarə gündüz vaxtı uçuşlarda hava burulğanına gecə vaxtı olan uçuşlardan daha az düşür. Gündüz vaxtı uçuşlar xüsusən, təyyarədə uçmaq fobiyası olan sərnişinlər üçün daha əlverişlidir.