23 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Haftar Putinin Rusiyaya səfər dəvətini qəbul edib

17.01.2020

Liviya Milli Ordusunun (LMO) komandanı Xəlifə Haftar Rusiya Prezidenti Vladimir Putinin Moskvaya səfərlə bağlı dəvətini qəbul edib.
 LMO-nun komandanı Vladimir Putinə məktub göndərib.
Rusiyanın Liviyada sülh və sabitliyin bərqərar edilməsi istiqamətində göstərdiyi səylərə görə Vladimir Putinə təşəkkür edən Xəlifə Haftar "Sizin Moskvada Liviyada sülhün əldə olunması üçün danışıqların keçirilməsi təşəbbüsünüzü tam dəstəkləyirəm. Başlayan dialoqa davam etmək üçün sizin Rusiya Federasiyasına səfər etmək dəvətinizi qəbul edirəm", deyə məktubunda qeyd edib.
Xatırladaq ki, yanvarın 13-də Moskvada Liviya münaqişəsinin nizamlanması ilə bağlı Rusiya və Türkiyə arasında "2+2” formatında görüş keçirilib. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan həmin görüşdə iştirak etmək üçün Moskvaya səfər ediblər.
Görüşə Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar da qatılıb.
Liviya Milli Ordusunun (LMO) rəhbəri Haftar Liviyanın Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sarracla atəşkəs razılaşmasını imzalamadan Moskvadan ayrılıb.