26 04 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İspaniya millisinin futbolçusu "Milan"la anlaşıb

17.01.2020

Zaqreb "Dinamo"sunun yarımmüdafiəçisi Dani Olmo İtaliya klubuna keçir.
 22 yaşlı futbolçu "Milan"la ilkin razılıq əldə edib.
Keçid baş tutarsa, İspaniya millisinin üzvü "rossonyerlər"lə 5,5 illik müqavilə imzalayacaq və illik məvacibi 2,5 milyon avro olacaq. İtaliya təmsilçisi artıq "Dinamo" rəhbərliyi ilə də danışıqlara start verib. "Milan"ın ilk təklifi 20+5 milyon avrodur. A seriyası klubu həmçinin müqaviləyə "başqa kluba satılacağı təqdirdə "Dinamo"ya da ödəniş ediləcək" bəndini əlavə etməyə razıdır.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Dani Olmo 2015-ci ildən "Dinamo"nun formasını geyinir.