23 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“O səs Türkiyə”ni qarışdıran pişik - VİDEO

15.01.2020

Reytinqləri alt-üst edən TV8-də yayımlanan "O səs Türkiyə” musiqi yarışmasında maraqlı anlar yaşanıb.
Müsabiqənin çəkilişləri zamanı studiyaya pişik girib. Studiyada oturan tamaşaçılar ilə birlikdə müsabiqənin məşhur jüri üzvləri Murat Boz, Hadisə, Beyaz Öztürk və Seda Sayan təəccüblərini gizlədə bilməyiblər.
Pişiyi studiyadan kənarlaşdırmağa çalışsalar da o, məkanı tərk etməyib.
Murat Boz pişiyə yaxınlaşmaq istəyəndə o, Hadisənin yanına gəlib. Proqramın aparıcısı Acun Ilıcalının "Pişik Hadisənin komandasını seçir” cümləsi isə izləyicilərin üzünü güldürüb. Beləcə, pişik gərgin seçim turunun abu-havasını dəyişərək, müsbət aura bəxş edib.