25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rekord qıran aparıcı - 25 saat fasiləsiz efirdə

30.12.2019

Rusiyanın "Vsya Ufa” teleşirkətinin aparıcısı Denis Qaniyev canlı televiziya yayımında 25 saat keçirməklə "Ginnesin Rekordlar Kitabı”na düşüb.
"Regnum”un məlumatına görə, Qaniyev 28 dekabr saat 12:00-dan, 29 dekabr 13:00-a qədər fasiləsiz olaraq verilişə aparıcılıq edib.
"Ginnesin Rekordlar Kitabı”na düşmək üçün aparıcıya 24 saat kifayət etsə də, o daha bir saat efirdə qalmaq qərarına gəlib.
Canlı yayım zamanı aparıcı bir çox qonaq dəvət edib maraqlı mövzuları müzakirə edərkən, efirə Rusiya və dünyanın müxtəlif yerlərindən telefon zəngləri daxil olub.