25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Uşaqlarımızı əlimizdən alan SƏBƏB

23.12.2019

Kolorado Universitetinin alimləri atmosferdəki karbon qazının insanların intellektlərinə mənfi təsir göstərə biləcəyini sübut ediblər. 
Bu barədə Phys.org-da dərc olunan press-relizdə bildirilir.
Tədqiqatçılar artan karbon dioksid səviyyəsinin sinifdə uşaqların təhsilinə necə təsir etdiyini araşdırıblar. Əvvəlki təcrübələr göstərirdi ki, qazın yüksək konsentrasiyası, həqiqətən, zehni qabiliyyətlərə təsir göstərir, lakin otağı havalandırmaqla problem asanlıqla həll edilə bilər. 
Ancaq tərkibində çox miqdarda karbon qazı olan təmiz havanın təsiri məlum deyildi.
Mütəxəssislər iki ssenarini nəzərdən keçiriblər. Birincidə bəşəriyyət atmosferə atılan istixana qazının miqdarını azaldır, ikincidə tullantılar dəyişməz olaraq qalır. Məlum olub ki, hər bir halda uşaqların zehni qabiliyyəti azalır. Alimlərin proqnozlarına görə, 2100-cü ilə qədər intellektin azalması ən yaxşı halda 25 faiz, ən pis halda isə 50 faiz olacaq.
Qeyd edək ki, intellekt səviyyəsinin azalması insanın sərbəst hərəkətinə, düşünməsinə, iş qabiliyyətinə böyük ölçüdə təsir göstərir. Yəni gələcək nəsildə doğulacaq uşaqlar dolayısı ilə yuxarıda sadalananlarla üzləşmək nəcburiyyətində qalacaqlar.