23 04 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putinin əlini 100 dəfə sıxmağa hazıram

13.12.2019

Donbası Ukraynaya qaytaracaqları təqdirdə 10 dəfə, Krımı qaytaracaqları təqdirdə 100 dəfə Putinin əlini sıxmağa hazıram.
Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski "1+1” televiziyasının efirində söyləyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ukrayna liderinin sözlərini şərh edərkən ona Putinin əlini sıxarkən bu məsələni qaldırmamağı məsləhət görüb.
"Dəqiq deyə bilərəm ki, Putinin əlini sıxarkən Krım məsələsini qaldırmamaq daha yaxşı olar. Donbasa gəldikdə isə, əvvəlcə də qeyd etdiyimiz kimi, Putinin əlini sıxmaq yox, Minsk razılaşmasının şərtlərini yerinə yetirmək lazımdır. O zaman hamı bir-birinin əlini sıxaraq Ukraynanı daxili münaqişəni həll etməsi münasibəti ilə təbrik edə biləcək”, - deyə Peskov bildirib.