19 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Heydər Əliyev ölkəni xaosdan qoruya bildi - Çumakov

12.12.2019

Heydər Əliyev SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində maşınqayırma, yüngül sənaye və nəqliyyat, mədəniyyət və təhsil sahələrinə rəhbərlik edərək Sovet İttifaqı üçün məsuliyyətli bir dövrdə mühüm rol oynayıb.
Bu sözləri RF Hökuməti yanında Maliyyə Universitetinin fəlsəfə kafedrasının müdiri, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, fəlsəfə elmləri doktoru, professor Aleksandr Çumakov söyləyib.
A.Çumakov qeyd edib ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycan çox mürəkkəb hadisələrin mərkəzində olub. Ölkə üçün ağır bir vaxtda rəhbərliyə qayıdan Heydər Əliyev respublikanı xaosdan qoruya və digər ölkələrlə, ən başlıcası Rusiya ilə münasibətləri tez bir zamanda yoluna qoya bilib, bununla da bu gün də qurulan Rusiya-Azərbaycan münasibətlərinin əsasını qoyub. O, böyük insan və həqiqətən də tarixi şəxsiyyətdir.