20 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Bu dəfə Türkiyə ABŞ-ı HƏDƏLƏDİ

11.12.2019

Türkiyə ABŞ-ı İncirlik hərbi aviabazasını bağlamaqla hədələdi
ABŞ, S-400 alması səbəbiylə Ankaraya qarşı sanksiya tətbiq edərsə, Türkiyə hakimiyyəti "İncirlik” ABŞ hərbi bazasını bağlaya bilər. Bunu dekabrın 11-də respublikanın xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlayıb.
"ABŞ, Türkiyəyə qarşı sanksiyalar tətbiq edərsə, İncirlik və Kürecik bazaları məsələsi gündəmə gələ bilər" - deyə, o, A-Haber televiziya kanalının efirində bildirib.
"Dövran Media" regnum-a istunadən bildirir ki,  daha əvvəl, iyulun ortalarında başlanan ən son S-400 sistemlərinin təchizatı da Ankara ilə Vaşinqton arasındakı münasibətlərdə böhrana səbəb oldu. ABŞ, F-35 təyyarələrinin satışının ləğvi və məhdudlaşdırıcı tədbirlərin tətbiq ediləcəyi ilə hədələyərək, Türkiyənin Rusiya ilə müqaviləni rədd etməsini və Amerika Patriot sistemlərini əldə edilməsini təkid edib.
Öz növbəsində, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ankaranın Amerika Patriot sistemləri naminə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini tərk etməyəcəyini söyləyib.