20 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

İsrail: Suriya İranın Vyetnamı olacaq

09.12.2019

İran Suriyada hərbi mövcudluğunu bitirəcək.
Bunu İsrail Müdafiə naziri Naftali Bennet deyib. Onun sözlərinə görə, İsrail bu istiqamətdə yorulmadan çalışacaq:
"Sirr deyil ki, İran bizim ölkənin ətrafında atəş çevrəsi yaratmağa cəhd edəcək. O, artıq Livanda bazasını yerləşdirib, Suriyada, Qəzzada və digər yerlərdə güclənməyə cəhd edir. Biz İrana deyirik ki, Suriya sizin üçün Vyetnam olacaq”.
Qeyd edək ki, bundan öncə İsrail Xarici İşlər naziri İsrail Kats İrana xəbərdarlıq edib. O, İsrailin İrana qarşı hərbi fəaliyyət imkanlarını nəzərdən keçirdiyini bildirib.