19 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

2019-cu ilin ən çox qazanan musiqiçiləri - SİYAHI

07.12.2019

"Forbes” biznes jurnalı 2019-cu ilin ən çox qazanan musiqiçilərinin reytinqini hazırlayıb. 
Son beş ildə ikinci dəfə olaraq illik reytinqdə birinci yeri 185 mln dollarlıq göstərici ilə Teylor Svift tutub. Onun belə bir qazancı leybllə yeni saziş, reklam müqaviləsi və qastrol turunun final hissəsi sayəsində əldə etdiyi bildirilir.
Siyahının ikinci pilləsində 150 mln dollarlıq qazancla Kanye Vest qərarlaşıb. Üçüncü yerdə isə 110 mln dollaqla britaniyalı müğənni Ed Şiranın adı çəkilir. Reytinqin ilk beşliyində 100 mln dollarla "The Eagles” və hər birində 81 mln dollar olmaqla Cey Zi və Beyons yer alıblar.
Qeyd edilir ki, reytinqin ilk onluğuna düşən musiqiçilər il ərzində ümumilkdə 1 mlrd dollar (vergi çıxılmayıb – red.) qazana biliblər. Ötən il isə bu rəqəm 886 mln dollar təşkil edib.