18 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Oskar almağa ən çox şansı olan FİLMİN ADI

03.12.2019

Əyləncə sahəsində proqnozları ilə tanınan "Gold Derby" saytının analitikləri "Oskar" almağa daha çox şansı olan filmlərin, həmçinin, rejissor və baş rol aktyorlarının adını açıqlayıb.
Ekspertlərin fikrincə "İlin ən yaxşı filmi" nominasiyasında noyabrın 27-də "Netflix"də çıxacaq Martin Skorsezenin "İrlandiyalı" kriminal dramının şansı böyükdür.
Siyahıda ikinci yerdə Kventin Tarantinonun "Bir dəfə... Hollivudda" filmi, üçüncü yerdə isə Skarlet Yohanson və Adam Drayverin baş rollarını paylaşdıqları "Toy hadisəsi" filmi gəlir.
Todd Fillipsin "Coker"i siyahının 10-cu yerində qərarlaşıb.
"Ən yaxşı rejissor" nominasiyasında, analitiklər  Martin Skorsezenin qalib ola biləcəyini düşünürlər. Bundan qismən az şans Kventin Tarantino və bu il "Parazitlər" dramını təqdim edən Pon Çjun Xonundur .
"Ən yaxşı qadın rolu"nda Rene Zellveqer ("Cudi"), Skarlet Yohanson və Şarliz Teron ("Qalmaqal") liderlik edirlər.
"Ən yaxşı kişi rolu" kateqoriyasında isə Xoakin Feniks, Adam Drayver və Robert de Nironun adı siyahının əvvəlindədir.
Qeyd edək ki, Amerika kinoakademiyası  24 kateqoriyadan ibarət namizədlərin adını 2020-ci il yanvarın 13-də elan edəcək. "Oskar" mükafatının təqdimetmə mərasimi isə fevralın 9-na planlaşdırılıb.