20 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

İbrahimoviç klub aldı

27.11.2019

İsveç milliisinin sabiq üzvü Zlatan İbrahimoviç vətənində futbol klubunun səhmlərinin bir hissəsini satın alıb.
Ulduz futbolçu "Hammarbü"nün səhmlərinə sahib çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
38 yaşlı hücumçu "Hammarbü"nün həm Stokholmda, həm də İsveçdə çox hörmət edilən və ehtiraslı azarkeşləri olan fantastik klub olduğunu söyləyib: "Həmişə bu klubu və fanatlarını bəyənmişəm. Komandanın son illər meydanda və kənarda gördüyü işlərə heyranam".
Qeyd edək ki, son olaraq ABŞ-ın "Los Anceles Qelaksi" klubunda çıxış etmiş Zlatan İbrahimoviç hazırda klubsuzdu. İsveç çempionatı noyabrın əvvəlində başa çatıb. "Hammarbü" yarışı 65 xalla 3-cü pillədə bitirib.