19 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Rasim Balayevdən telekanallara sərt sözlər - VİDEO

04.05.2018

Bu gün küçə adamları hamısı ekrandadır. Əxlaqsız adam mənə əxlaqdan dərs deyir.
"Dövran Media" xəbər verir ki, bu sözləri xalq artisti, sevilən aktyor Rasim Balayev "Yeni avaz”a müsahibəsində deyib. Geniş müsahibənin hələlik paylaşılan bir parçasında xalq artisti bu gün telekanalların efirə çağırdığı adamları tənqid edib:
"Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı. Efirə küçədən keçənlər efirə çıxa bilməzdi. Bu gün küçə adamları ekranlardadı.
Əxlaqsız adam mənə əxlaqdan, rüşvətxor adam rüşvətdən, ağılsız ağıldan dərs deyir. Bəs hardadır bunlar? Nə cürə geyinib səhnəyə, ekrana çıxırlar. Yaxşı, bunların öz yiyəsi, əri, qardaşı, bacısı, nə bilim, ailəsi yoxdur. Bəs bu televiziyalar hara baxır?”