20 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Onlayn sınaq imtahanı keçiriləcək

04.05.2018

Dövlət İmtahan Mərkəzi  (DİM) abituriyentlərə kömək məqsədilə "Abituriyent" jurnalının 1-ci sayında dərc edilmiş test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanları təşkil edir.
"Dövran Media" xəbər verir ki, 2018-ci il "Abituriyent" jurnalının 1-ci sayında dərc edilmiş və ali təhsil müəssisələrinin qəbul imtahanı modelinə uyğun test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanlarına abituriyentlər rahat şəkildə yazıla və onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər.
Abituriyentlər sınaq imtahanında iştirak etmək üçün  http://otk.az portalına daxil olub qeydiyyatdan keçməlidirlər. Daha sonra abituriyentlər istədikləri ixtisas qrupunu seçib imtahana yazıla bilərlər.
Qeyd edək ki, onlayn sınaq imtahanlarında istifadə olan test tapşırıqlarının modeli builki qəbul imtahanlarına tam uyğundur.
Abituriyentlərə onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanı yaradılır.