25 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Simeon Slavçev “Qarabağ”dan ayrılır

19.11.2019

Azərbaycan çempionu "Qarabağ”ın futbolçusu Simeon Slavçev Ağdam klubundan ayrılır.
Apasport.az saytının məlumatına görə, bolqarıstanlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirməyə yaxındır.
Bolqarıstan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki son oyununda iştirak üçün yığmanın düşərgəsinə yollanan S.Slavçev "Levski” klubu ilə anlaşıb. Onun artıq bu qış Sofiya təmsilçisinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, S.Slavçev ilyarımdır heyətində olduğu "Qarabağ”da 39 oyun keçirib, 2 qol vurub.