18 04 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Milan Şkrinyar: "Azərbaycanla oynamağın çətinliyini dərk edirik"

18.11.2019

"Final mərhələsinə yüksələcəyimizə inanıram. Ümid edirəm ki, kimsə bizə kömək edəcək”.
Bunu Slovakiya millisinin futbolçusu Milan Şkrinyar deyib.
AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyunöncəsi fikirlərini açıqlayan futbolçu iddialı danışıb: "Azərbaycanla görüşə qələbə istəyi ilə çıxacağıq. Bu, heç də asan olmayacaq. Asan qələbə qazanacağımızı düşünmək düzgün deyil. Azərbaycanla oynamağın çətinliyini dərk edirik. Lakin bu matça köklənəcək və seçmə mərhələnin yekunundakı yaxşı nəticəni düşünəcəyik. Pley-off barədə fikirləşmək hələ tezdir”.
Qeyd edək ki, noyabrın 19-da Trnava şəhərində keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.