25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Rusiyaya belə hücüm edəcək

18.11.2019

ABŞ Hərbi Hava Qüvvələrinin 16-cı Hava Ordusu digər bölmələrlə birlikdə Rusiyanın Hava Hücumundan Müdafiə sistemlərinə hücum ssenarisinə sahibdir.
Xəbər verildiyi kimi, bu barədə "C4İSRNET” nəşri yazıb.
Məlumata görə, ssenari özündə Rusiya ordusunun müdafiəsinin yarılması planını ehtiva edir. Ssenariyə əsasən, əvvəlcə kəşfiyyat, kiberkomandanlıq və ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi sözügedən sistemlərin yerləşməsi, qarşılıqlı əlaqəsi və istismarına dair informasiyalar toplayacaq. Bununla yanaşı 363-cü kəşfiyyat dəstəsi Rusiya HHM sistemlərinin potensial təhlükəsini qiymətləndirməli, daha sonra 9-cu kəşfiyyat dəstəsi radioelektron mübarizə planı işləyib hazırlamalı və 480-cı kəşfiyyat dəstəsi də müşahidələrini HHM mütəxəssislərinə göndərməlidir.
Rusiya HHM sisteminin yarılmasının yekun mərhələsi 55-ci kəşfiyyat dəstəsinin qeyri-kinetik təzyiq üsullarını hazırlaması olacaq. Sonda isə bu birləşmə zərbə aviasiyasına HHM komplekslərinin dəqiq koordinatlarını ötürməlidir.
Qeyd edək ki, ABŞ-ın bu günlərdə Rusiyanın şimalda, Arktika istiqamətində yerləşən üç iri hərbi bazasının "məhv edilməsinə” dair unikal təlimi də diqqət çəkmişdi.