19 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Çinin gizli siyasəti: Türklərə rəhm etməyin!

18.11.2019

Uyğur türklərinə qarşı assimilyasiya həyata keçirən Çin hökumətinin gizli sənədləri deşifrə edilib.
Xəbər verildiyi kimi, bu barədə Türkiyənin "Yeni Şəfəq” nəşri yazıb.
Məlumata görə, Sintszyan-Uyğur Muxtar vilayətindəki uyğur türklərinə qarşı Çinin sərt siyasətini ifşa edən 403 səhifəlik rəsmi sənədlər mətbuatda işıqlandırılıb.
"Nyu York Tayms”ın yayımladığı sənədlərdə Çin hakimiyyətinin Sintszyan-Uyğur Muxtar vilayətindəki təhlükəsizlik qüvvələrinə əhali ilə necə rəftar etmələrinə dair göstərişləri əks olunub. Sənədlərin ən azı 200 səhifəsində Çin Prezidenti Si Szinpinin və digər çinli rəsmilərin bölgədəki uyğur əhaliyə nəzarətlə bağlı göstərişlərinə yer verilib, həmçinin, islam dininin yayılmasının qarşısının alınması üçün tədbir görülməsi barədə xəbərdarlıq edilib.
Sənədlərdə rəsmi Pekinin 11 sentyabr 2001-ci il hadisələrindən sonra Vaşinqtonun irəli sürdüyü "terrorla mübarizə” siyasətini eynilə köçürdüyü də müşahidə olun