26 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tütün məmulatlarının idxalı azalıb

18.11.2019

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin analoji dövrünə nisbətən azalıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə dəyəri 97 896,24 min ABŞ dolları olan tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 212,89 min dollar və ya 15,7% azdır.
Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr aylarında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,85%-nə bərabər olub.