26 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı alim Türkiyədə erməni yalanlarını ifşa etdi

13.11.2019

Atatürk Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin Amasya Universitetində 9-cu Atatürk Konqresi işə başlayıb.
Noyabr 15-dək davam edəcək tədbirə dünyanın 7 ölkəsindən 100-dən artıq tarixçi-tədqiqatçı və elm adamı qatılıb.
Tədbirdə Ərciyəs Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlı Mehdiyevin "Erməni düşüncə sistemində Atatürkün şəxsiyyəti və erməni ictimaiyyətinə düzgün tanıdılması” mövzusunda məruzəsi dinlənilib. Professor məruzəsində təəssüflə vurğulayıb ki, Ermənistanda çap olunan kitablarda və mətbuat orqanlarında Atatürk öz millətinin lideri və xilaskarı kimi deyil, ermənilərin düşməni kimi təqdim olunur. Alim təkzibolunmaz faktlar və elmi mülahizələrlə əsaslandırıb ki, Türkiyə Cümhuriyyətinin qurucusuna qarşı müxtəlif dövrlərdə atılan iftiralar bu gün də davam etməkdədir.
Məruzəçi Ermənistanda yayımlanan bir neçə kitabdan konkret misallar gətirib.