23 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Hərbçilərə telefon qadağası - RUSİYADA

03.05.2018

Hərbicilərə telefonla uzun müddət danışmaq qadağan edildi. Məhdudiyyətdə məqsəd Vəsaitlərin səmərəli xərclənməsi və informasiya sızmalarına qarşı mübarizədir.
"Dövran Media” News.ruya istinadən xəbər verir ki, Rusiya hərbcilərinə telefonla danışıqların müddəti məhdudlaşdırıldı. Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən tətbiq olunan telefon şəbəkələrinin istifadəsi normaları hər kəsə aiddir: həm mülki qulluqculara, həm də Baş qərargahın yüksək vəzifəli şəxslərinə. Kommersantın məlumatına görə, agentlik bütün əməkdaşlarının söhbətlərini izləmək niyyətindədir: abunəçilər beş kateqoriyaya bölünəcəklər ki, hər biri də danışıqlar üçün vaxt və maliyyə limitinə malik olacaq. Məhdudiyyətlərə məruz qalmayan tək müdafiə naziri Sergey Şoyqu və onun on müavinləri olacaq. Rəsmi olaraq, telefon əlaqəsinə məhdudiyyətin vəsaitlərin səmərəli xərclənməsi
üçün zəruri olduğu bildirilsə də, əslində bu, informasiya sızması ilə mübarizə məsələsidir.