25 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda qapalı avtobus dayanacaqları yaradılacaq

13.11.2019

Bakıda 300-ə yaxın yeni avtobus dayanacaqları quraşdırılaraq istifadəyə verilib.
Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, bu proses ictimai nəqliyyat infrastrukturunun yenilənməsi çərçivəsində həyata keçirilir:
"Xüsusən də avtobus dayanacaq pavilyonları yenidən qurulur. Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən şəhərin müxtəlif yerlərində 300-ə yaxın yeni dayanacaq pavilyonları qurulub. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətindən təhvil alınan təxminən 900-ə yaxın dayanacaq pavilyonunun 50%-i təmir edilib. Yəni, bu, davamlı prosesdir. Qapalı dayanacaqlara gəlincə isə hazırda belə bir plan yoxdur, amma gələcəkdə bunun mümkünlüyünü istisna etmirəm".