25 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

86 yaşlı Polanskinin başı qalmaqalda

10.11.2019

86 yaşlı dünya şöhrətli rejissor Roman Polanskinin adı yenidən seks qalmaqalında hallanıb.  
Bu dəfə fransız aktrisa Valentina Monier Polanskini 1975-ci ildə ona qarşı törətdiyi cinayət əməlində günahlandırıb.  
Valentinanın sözlərinə görə, onların görüşü İsveçrənin xizək kurortunda baş tutub: 
"Bu, həddən artıq şiddət idi. Məni döyə-döyə əynimdəki paltarımı yırtdı və bir sıra xoşagəlməz hərəkətlərə yol verdi. O zaman 18 yaşım olmuşdu”, - deyə aktrisa "Le Parisien” nəşrinə müsahibəsində bildirib.  
Polanski bundan öncə də qızlara qarşı əxlaqsız hərəkətlər və təcavüzdə ittiham olunurdu.  
O, 13 yaşlı bir qızın öldürülməsində öz günahını etiraf edib. O zaman qalmaqallı "Rozmarinin körpəsi”nin müəllifi həbsdən qaçmağa müvəffəq olmuşdu. 2009-cu ildə polis tərəfindən tutulan Polanski girov müqabilində sərbəst buraxılıb.