24 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu mürəkkəb prosesdir - Energetika naziri

19.10.2019

"Azərbaycanda elektrik enerji bazarının liberallaşması prosesi mərhələli olaraq həyata keçiriləcək".
"APA-Economics"in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Nazirlik rəqabətə əsaslanan, liberal enerji bazarının yaranması üzrə işlər aparır: "Artıq beynəlxalq ekspertləri cəlb etməklə bu istiqamət üzrə ilk təkliflər hazırlanıb və hökumətə təqdim olunub. Bu [bazarın liberallaşması – red.] özü özlüyündə mürəkkəb bir prosesdir. Bizim yanaşmamız, mərhələli yanaşmadır. Hazırda biz enerji təhlükəsizliyimizi təmin etmişik, ona görə də, hansısa bir tələsik qərarların verilməsinə ehtiyac yoxdur. Biz bunu düşünülmüş şəkildə həyata keçiririk".
Nazir qeyd edib ki, enerji sahəsinin inkişafına dair böyük həcmdə işlər aparılır: "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”, "Bərpa olunan enerjidən istifadə haqqında” qanun layihələri hazırlanıb və hökumət tərəfindən baxılmaqdadır. Yaxın dövrdə bu qanunların həyata keçirilməsini gözləyirik. Bu da, sözsüz ki, elektroenergetika sahəsində köklü islahatların aparılması deməkdir”.
P. Şahbazov onu da vurğulayıb ki, hazırda ölkədə energetika sahəsinin inkişaf strategiyasının hazırlanması üzərində iş aparılır.