25 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ən yaxşı gənc futbolçu kim olacaq? - Namizədlər açıqlandı

15.10.2019

"Tuttosport" nəşri dünyanın  ən yaxşı gənc futbolçusuna verilən "Golden Boy-2019" mükafatına namizədlər açıqlayıb.
Namizədlər sırasında 20 oyunçu yer alıb.
Matteys de Liqt ("Yuventus", Hollandiya), Alfonso Devis ("Bavariya", Kanada), Canluici Donnarumma ("Milan", İtaliya), Ansu Fati ("Barselona", İspaniya), Filip Foden ("Mançester Siti", İngiltərə), Matteo Qenduzi ("Arsenal", Fransa), Erlinq Xoland ("Zalsburq", Norveç), Kay Xaverts ("Bayer", Almaniya), Joau Feliks ("Atletiko", Portuqaliya), Deyan Yoveliç ("Ayntraxt", Serbiya), Moyze Kin ("Everton", İtaliya), Li Kan İn ("Valensiya", Cənubi Koreya), Andrey Lunin ("Valyadolid", Ukrayna), Donell Malen (PSV, Hollandiya), Meyson Maunt ("Çelsi", İngiltərə), Rodriqo ("Real", Braziliya), Ceydon Sanço ("Borussiya" Dortmund, İngiltərə), Ferran Torres ("Valensiya", İspaniya), Vinisius Junior ("Real", Braziliya), Nikolo Dzanolo ("Roma", İtaliya)
Qeyd edək ki, "Golden Boy" yaşı 21-ə qədər olan ən yaxşı futbolçuya verilir. Ötən il bu mükafatı həmin vaxtda "Ayaks"da oynayan Matteys De Liqt qazanıb.
Xatırladaq ki, qalibin adı dekabrın 16-ı açıqlanacaq.