24 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Sportinq” klubu stadionuna Ronaldonun adını vermək istəyir

12.10.2019

Portuqaliyanın "Sportinq” klubunun stadionunun adı dəyişdirilə bilər.
Bunu Lissabon təmsilçisinin prezidenti Frederiko Varandas açıqlayıb.
O bildirib ki, "Joze Alvalade” stadionuna klubun sabiq futbolçusu Kriştianu Ronaldonun adını vermək niyyətitndədirlər: "Bu məsələni təxirə salmayacağıq. Onun adının bizimlə bağlı olması ilə çox fəxr edəcəyik. Kriştianu klubumuzun tarixində ən böyük rəmzlərdən biridir və belə də qalacaq. Artıq gənclər akademiyamızın divarlarında onunla bağlı dəyərləri əks etdirmişik. Sözsüz ki, Ronaldo bütün zamanların ən yaxşı portuqaliyalı futbolçusu, idman tarixinin ən yaxşı atletlərindən biridir”.
Qeyd edək ki, karyerası ərzində "Mançester Yunayted”, "Real” və "Yuventus”da oynamış K.Ronaldonun ilk klubu "Sportinq” olub.