25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Evdə itin olmağı ölüm riskini azaldır - ARAŞDIRMA

12.10.2019

Alimlər it sahiblərinin hər hansı bir səbəbdən ölmək riskinin 24% aşağı olduğunu müəyyən ediblər.
Bu barədə "Circulation” jurnalında dərc olunan araşdırmada deyilir.
Qeyd edilir ki, araşdırma çərçivəsində ABŞ, Kanada, Britaniya, Skandinaviya, Yeni Zelandiya və Avstraliyanın 4 milyon sakini üzərində müşahidə aparılıb.
Onun nəticələrinə görə, evində it olması insanın ölüm riskini 24% azaldır və artıq infarkt və ya insult  keçirmiş insanlar üçün isə bu göstərici 31%-dir.
Nəticələri 336 mindən artıq isveçli kişi və qadının ürək-damar xəstəlikləri keçirmiş it sahiblərinin iti olmayan şəxslərdən daha yaxşı bərpa olunduqlarını göstərən müstəqil araşdırması da təsdiq edir.
Tədqiqatlar yalnız müşahidəyə əsaslanıb və təkcə itin sayəsində ölüm riskinin azaldığını sübut edə bilmir, lakin bu müşahidələr qanunauyğun əlaqəni müəyyən etməyə kömək edib.