24 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kral ailəsi media qurumunu məhkəməyə verdi

02.10.2019

Şahzadə Harri və Meqan Markl "Mail” və "Associated Newspapes” şirkətini məhkəməyə verib.
Buna səbəb hər iki media qurumunun Meqanın atasına ünvanladığı məktubu dərc etməsi olub.
Hersoq nümayəndəsinin sözlərinə görə, media qrupu məsələnin dinc yolla həllindən imtina edib. Nəticədə, məhkəmə prosesi başlanıb. Ailə məxfiliyin və müəllif hüquqlarının pozulmasına görə hüquqlarını məhkəmə yolu ilə qorumağa çalışacaqlar. 
Bundan əlavə, şahzadə Harri rəsmi açıqlama verərək, əslində, vəziyyətin daha gərgin olduğunu dilə gətirib. Onun sözlərinə görə, il ərzində Meqana qarşı ardıcıl şəkildə mediada xoşaqəlməz kampaniyalar aparılıb, ictimaiyyətin gözü qarşısında onu ləkələmək üçün şərait yaradılıb.
Onun fikrincə, bəzi KİV-lər yalan danışır, xəbər uydurur və Meqanın mənfi obrazını yaratmaq üçün həqiqətlər dəyişdirilir.