20 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Rasim Balayevlə Elməddin efirdə üz-üzə gəldi

24.09.2019

"Bəzi aktyorlar bir az komediyanı başqa şeylərlə səhv salırlar" demişdim. Ad çəkməmişəm. Fərda, Müşviq də yaxşı uşaqlardı. Hiss olunur ki, istedadlıdırlar. Təəssüf ki, onlar üçün yaxşı ssenari yazan yoxdur.
Bu sözləri Xalq artisti Rasim Balayev "Şən bazar" verilişində deyib. Aktyor müsahibə verərkən dediyi "Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar" sözlərinə aydınlıq gətirib:
"Gənc aktyorların yaxşı oynamağa imkanları, istedadları var. Sadəcə, onlara ssenari yazan yoxdur. Qalıblar belə, bilmirlər necə oynasınlar. Hərdən aktyorlar özlərindən sözlər də əlavə edirlər. Arzulayardım ki, yaxşı ssenari yazılsın və əsl komediya oynasınlar".
"Rasim Balayev bizim sənətkarımızdır. "Nəsimi", "Babək"lə böyümüşük. Ağsaqqalımızın sözü qanundur. Yanlışlarımız var: bəzən çəkilişdə, ssenaridə, özümüzdə problem olur. Zamanla bunları düzəldəcəyik", - verilişdə qonaq olan aktyor Elməddin Cəfərov münasibət bildirib.