Makqreqor qayıdır - Dekabrda döyüş var
17.09.2019
Keçmiş UFC çempionu Konor Makqreqor yenidən rinqə çıxır.
O, bu barədə şəxsi Tvitter hesabında məlumat verib. İdmançı dekabr ayında, Dublin şəhərində döyüşə çıxacağını elan edib.
Qreqorun tviti maraqla qarşılanıb. Onun fanatları statusa "Əfsanə qayıdır", "Kral qayıtdı" kimi şərhlər yazıblar.
Qeyd edək ki, Həbib Nurməhəmmədova məğlub olduqdan sonra onunla rinqdən kənarda savaşdığına görə 6 aylıq cəzalandırılan irlandiyalı idmançı bu vaxta qədər 25 döyüşə çıxıb. O, 4 dəfə məğlub olsa da, qalan 21-döyüşünü qələbə ilə başa vurub.