19 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

“Google”un fəaliyyətində problem var

17.09.2019

Ötən gün axşam saatlarından etibarən bir çox ölkələrdə "Google” axtarış sistemində problemlər müşahidə olunub. 
Bu barədə çərşənbə axşamı populyar internet resurslarının işini izləyən "Downdetector” xidmətinin səhifəsində məlumat yerləşdirilib.
"Google”da yaranmış nasazlıqlar ötən gün saat 20:37-dən etibarən ABŞ-ın Şərq Sahilində, Avstraliya, Yeni Zelandiya, Yaponiya, eləcə də  Birləşmiş Krallıq da daxil olmaqla bir sıra Avropa ölkələrində müşahidə edilib.
"Downdetector”a görə, "Google” istifadəçilərinin 79 faizi axtarış zamanı istədiklərini tapmaqda çətinlik çəkib, digərləri isə şəxsi hesablarına daxil ola bilməyiblər.