25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aalternativ yol açılacaq - Sıxlığa SON

16.09.2019

Hüquqşünas Vamiq Şükürovun Bakı-Sumqayıt yolundan Masazır kəndinə gedən yolla bağlı irəli sürdüyü təklifə aidiyyəti qurum tərəfindən baxılıb.
Bu barədə hüquqşünas özü məlumat paylaşıb. O bildirib ki, Bakı-Sumqayıt yolundan Masazır kəndinə, xüsusən də Yeni Bakı və Qurtuluş-93 Yaşayış Kompleksinə gedən yolun təmir olunması ilə əlaqədar irəli sürdüyü təkliflə bağlı bir neçə aidiyyəti quruma məktub da göndərib:
"Yolun təmir olunması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Bakı Nəqliyyat Agentliyinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məktub göndərmişdik. Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən cavab gəlib ki, məktubunuz baxılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərilib”.
Xatırladaq ki, yol-nəqliyyat eksperti, hüquqşünas Vamiq Şükürov Bakı-Sumqayıt magistralında hər gün yaşanan tıxac probleminin aradan qaldırılması üçün Sumqayıt yolu ilə Qurtuluş-93, o cümlədən Yeni Bakı Yaşayış Kompleksi məhəlləsini birləşdirən yoldan istifadəni təklif etmişdi. Ekspert bildirmişdi ki, həmin yoldan istifadənin təmin edilməsi üçün yol yüksək səviyyədə təmir edilməlidir.