20 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Avtomobillər yeni yanacaqla işləyəcək - dünyada ilk+ FOTO

12.09.2019

İranlı mühəndis Mehdi Firuzi bir ilkə imza atıb.
Mühəndis təbii qazla işləyə bilən avtomobillər üçün mühərrik istehsal etməyə başlayıb.Türkiyənin Van şəhərində fabrik tikərək 20 mühəndislə işə başlayan Firuzi bu iş üçün 17 milyon TL pul xərcləyib.Mühəndis kompozit materialından düzəldiləcək təzyiqli balonlarla avtomobillərin təbii qazla işləməsini təmin etmək niyyətindədir.
Yanacağa qənaət etməklə həm şəhər, həm də ölkə iqtisadiyyatında əhəmiyyətli dərəcədə fayda verəcək layihədə ilk mərhələdə 150 nəfər işləyəcək.
"Almaniyadan son model texnoloji avadanlıqlar gətirdik. Bu avadanlıqlarla ABŞ-da, Yaponiya və Kanadada bənzər fəaliyyətlər aparılır. Təyyarə və sualtı gəmilərin istehsalından istifadə edilir. Ümid etdiyimiz dəstəyi görsək, işçi sayımız 400-ə çata bilər. Təzyiqli balon istehsal edirik. Bu ana qədər bütün dünyada balonlar poladdan istehsal edilirdi. Bunlar ağır olduğu üçün qiyməti də çox çıxırdı. 100 litrlik polad balonun 120 kq ağırlığı olurdusa, bizim istifadə etdiyimiz materialla bu ağırlığı 22 kiloqrama saldıq. Bu mühərriklə işləyən avtomobillərin yanacaq əldə etməsi üçün şəhərin müxtəlif bölgələrində yanacaq stansiyaları quraşdıracağıq. Heç bir partlayış təhlükəsi yoxdur. Bu sahə isə gəlir gətirəndir. Fabrik milyard dollarlıq gəlir gətirəcək potensiala sahibdir” – Firuzi layihəsi haqqında danışarkən qeyd edib.