26 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Papa bütün dünyanı köməyə çağırdı

25.08.2019

Roma Papası Fransisk Amazonda baş verən meşə yanğınlarının sönməsi üçün hər kəsi dua etməyə çağırıb.
Papa bu barədə bazar günü keçirilən ənənəvi dua mərasimi zamanı deyib.
"Biz Amazon meşələrini əhatə edən yanğınlardan narahatıq və dua edirik ki, birlikdə edilən yardımlar sayəsində söndürülsün. Bu "yaşıl ağciyərlər” bütün planet üçün həyati əhəmiyyət daşıyır”, - Papa qeyd edib.
Qeyd edək ki, uzun müddətdir Amazon meşələrində irimiqyaslı yanğınlar davam edir. Braziliya Kosmik Araşdırmalar üzrə Milli Agentliyin məlumatına görə, yanvardan avqusta qədər yanğınlar 1.8 milyon hektar meşə sahəsini məhv edib.