24 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Donald Tusk: "Avropa İttifaqı bununla razılaşmayacaq"

24.08.2019

Avropa İttifaqı (Aİ) heç bir şərtlə Rusiyanın G7-yə geri dönməsinə razılaşmayacaq.
Bu barədə Aİ Şurasının prezidenti Donald Tusk mətbuat konfransında deyib.
"Bir il əvvəl Kanadada ABŞ prezidenti Tramp Krımın Rusiya tərəfindən ilhaqının qismən haqlı olduğunu açıq şəkildə bildirərək Rusiyanı G7-yə qaytarmağı təklif etdi.  Bu məntiqlə razılaşa bilmərik. Rusiyanı masaya dəvət etmə ətrafında yaranan fərziyyələrə gəldikdə, bunu demək istərdim ki, Rusiyanın 2014-cü ildə G7-dən çıxarılması səbəbləri hələ də etibarlıdır və bura Rusiyanın Azov dənizindəki təxribatı kimi yeni səbəblər də əlavə olunub. İkincisi, Rusiya G7-yə ilk dəfə dəvət edildiyi zaman onun liberal demokratiya,qanununun və insan haqlarının aliliyi yolunu tutacağına inanılırdı. Aramızda Rusiyanın bu yolda olduğunu inamla söyləyən biri yoxdur," - deyə Donald Tusk bildirib.
Aİ Şurasının prezidenti bu gün Fransanın Biarritz şəhərində öz işinə başlayan G7-nin sammitindəki liderləri G7-nin növbəti görüşünə jest olaraq Ukraynanın dəvət olunmasını təklif edəcəyini əlavə edib. 
Donald Tusk bununla bağlı Ukrayna Prezidenti Zelenski ilə müzakirə etdiyini bildirib.